Azərbaycan millisinin cüdo üzrə Bakıda keçiriləcək "Böyük dəbilqə" üçün heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, yığmamız yarışa 33 idmançı ilə qatılacaq.
Komandanın liderləri Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) də paytaxtdakı mübarizədə tatamiyə çıxacaqlar.
Kişilərdən ibarət yığma
60 kq
Balabəy Ağayev, Turan Bayramov, Əhməd Yusifov, Nazir Talıbov
66 kq
Yaşar Nəcəfov, Kamran Süleymanov, Rəşad Yelkiyev, İslam Rəhimov
73 kq
Hidayət Heydərov, Rəşid Məmmədəliyev, Nurlan Osmanov, İbrahim Əliyev
81 kq
Səid Mollayi, Zelim Tçkayev, Ömər Rəcəbli
90 kq
Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov
100 kq
Zelim Kotsoyev, Əjdər Bağırov
+ 100 kq
Uşanqi Kokauri, Kənan Nəsibov
Qadınlardan ibarət yığma:
48 kq
Leyla Əliyeva, Könül Əliyeva
52 kq
Gültac Məmmədəliyeva, Aydan Vəliyeva, Xədicə Qədəşova
57 kq
Fidan Əlizadə, Açelya Toprak
63 kq
Aytac Qardaşxanlı
70 kq
Südabə Ağayeva, Günel Həsənli
+78 kq
Nigar Süleymanova
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq "Böyük dəbilqə" fevralın 16-18-də keçiriləcək.