Rusiyanın cüdo üzrə dünya çempionatında iştirakının müəyyənləşməsindən sonra Ukrayna millisi mundiala qatılmaqdan imtina edib. Sport24.az xəbər verir ki, bu, müəyyən narazılığa səbəb olub.

Belə ki, ukraynalı cüdoçu Boqdan Yadov ölkə rəhbərliyinin verdiyi qərarı anlaya bilmədiyini söyləyib: “Beynəlxalq Cüdo Federasiyasının Rusiya lehinə çıxardığı qərar haqda heç nə deyə bilmərəm, amma idman nazirliyimizə və nazirimizə suallarım var. Bəli, dünya çempionatına getmirik, bəs onda bizimlə futbol millimizin arasında nə fərq var? Top-reytinqə düşən millinin yeganə üzvüyəm. Dünya çempionatına gedə bilmirəm, amma futbolçularımız mübarizə aparır. Bu müqayisəni tennisçilərlə də aparmaq olar. Yelena Svitolina beynəlxalq yarışlarda oynaya bilir, biz isə yox. Fərqimiz nədədi? Öz ölkəmi sevirəm, qərarın da doğru olduğunu düşünürəm. Sadəcə, anlanıram ki, niyə bizə olmaz, amma onlara olar?!”