Cüdoçumuz Əjdər Bağırov Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb. Sport24.az xəbər verir ki, milli üzvü 100 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsində yer alıb.

 

Ə.Bağırov bürünc medal uğrunda görüşdə iranlı Əli Reza Niksereşti məğlub edib.

 

Bununla da, Azərbaycan millisi dünya çempionatında ikinci bürünc medalı qazanıb. Daha əvvəl Süleyman Şükürov (81 kq) mundialda üçüncü yerə sahib çıxıb.