Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə"də iştirak edəcək ölkələrin sayında dəyişiklik olub. Sport24.az xəbər verir ki, Təşkilat Komitəsinə müraciət edən komandaların sayı 50-yə çatıb.

 

Ən böyük heyətə məxsus Qazaxıstan da daha 4 idmançısını qeydiyyatdan keçirərək cüdoçularının sayını 26-ya yüksəldib. Gürcüstan və neytral statuslu komandanın hər biri isə Bakıda 21 cüdoçu ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Kanada, Belçika, Xorvatiya, Macarıstan, İsrail, Dominikan Respublikası, Qabon, Bəhreyn və digər ölkələrin idmançıları "Böyük dəbilqə"yə qatılıblar.