Azərbaycan cüdo yığması Portuqaliyanın Odivalese şəhərində keçirilən Qran-Pridə ümumi hesabda 6-cı pillədə qərarlaşıb. Sport24.az xəbər verir ki, komandamız yarışın ilk iki günündə 4 medal qazanıb.

 

Cüdoçularımızdan Yaşar Nəcəfov (66 kq) gümüş, Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq) və Səid Molayi (81 kq) isə bürünc medal qazanıb.

 

Turnirdə ən yaxşı göstərici Yaponiya (2-1-4) yığmasına məxsusdur. Özbəkistan (2-1-0) ikinci, Cənubi Koreya (1-0-1) üçüncü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Qran-Pridə 15 müxtəlif ölkənin təmsilçiləri medal qazanıblar.