Cüdo üzrə Dünya turu Tokioda başa çatacaq. Sport24.az xəbər verir ki, məhz bu şəhərdə beynəlxalq cüdo təqvimində ilin yekun turniri - "Böyük Dəbilqə" yarışı keçiriləcək.

 

Yaponiyanın paytaxtı dekabrın 7-8-də reytinq turnirinə ev sahibliyi edəcək.

 

Qeyd edək ki, bir gün əvvəl Əbu-Dabidə "Böyük Dəbilqə" turniri başa çatıb və orada Azərbaycan komandası 4 medal qazanıb: Zelim Tskayev (81 kq) çempion, Uşangi Kokauri (+100 kq) gümüş, Murad Fətiyev (90 kq) və Açelya Toprak (57 kq) isə bürünc medallara layiq görülüb.