Beynəlxalq Cüdo Federasiyasının (IJF) Rusiya və Belarus idmançıları ilə bağlı qərarı bəlli olub.

Sport24.az xəbər verir ki, hər iki ölkənin cüdoçuları 2023-cü ilin yanvarınadək qurumun himayəsi altındakı yarışlarda iştirak etməyəcək.

Bu barədə IJF-nin İcraiyyə Komitəsi qərar çıxarıb. Məlumatı federasiyanın rəsmi saytı yayıb.