"Ən böyük arzum olimpiya çempionu olmaqdır. Çempion olub atamı sevindirmək istəyirəm". Sport24.az xəbər verir ki, bunu Paris olimpiadasında Azərbaycanı təmsil edəcək Elcan Hacıyev Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

 

22 yaşlı cüdoçu ən böyük dəstəyi atasından aldığını deyib: "Ən böyük dəstəkçim və fanatım atamdır. Demək olar ki, yarışlara məndən çox baxır, rəqiblərimi izləyir. Şəklimi paylaşır. Mənimlə fəxr edir. Mən də onunla fəxr edirəm. Atam özü də idmançı olub. Sadəcə, şərait olmadığı üçün karyerasına davam etməyib. Özü etmək istədiklərini məndə görmək arzusunda idi".

 

Qeyd edək ki, Paris Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.