Avstriyanın Lints şəhərində keçirilən cüdo üzrə Qran-priyə start verilib.
Sport24.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin iki idmançısı tatamiyə çıxıb.
Qadın cüdoçularımız 52 kq çəkidə mübarizəyə qoşulublar.
Qadınlar
52 kq
Hər iki cüdoçumuz ikinci mərhələdən mübarizəyə start verib. Gültac Məmmədəliyeva Camila Silvaya (Kabo-Verde)
uduzaraq yarışla vidalaşıb.
Aydan Vəliyeva öncə israilli Rut Lavi, ardınca ABŞ təmsilçisi Ancelika Delqadonu məğlub edib. O, 1/4 finalda braziliyalı Cessika Pereyra ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız turnirə 5 cüdoçu ilə yollanıb.