Cüdo üzrə Azərbaycan yığması Macarıstandakı təlim-məşq toplanışını başa vurub. Sport24.az xəbər verir ki, komanda Avropa Cüdo İttifaqının (EJU) himayəsində olan Tata şəhərindəki Olimpiya bazasında bir həftə məşq edib.

 

Toplanış aprelin 23-də Montenqronun paytaxtı Podqoritsada başlayacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.