Azərbaycan cüdoçuları 24 martda Almaniyanın Bremen şəhərində keçiriləcək Beynəlxalq Bremen Masters turnirində iştirak edəcək.

Sport24.az xəbər verir ki, Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası yarışda oğlanlar arasında 6 çəki dərəcəsində 20 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.

-60 kq.
Babarəhim Mirzəyev
Elton İmranov
Murad Muradlı

-66 kq.
Nicat Nağıyev
İslam Rəhimov
Məhəmməd Musayev
Nizami İmranov
Bəhram Qurbanlı
Mehdi Cəfərov

-73 kq.
Aydın Rzayev
Əbil Yusubov
Elnur Qasılov
Süleyman Əliyev

-81 kq.
Süleyman Şükürov
Nahid Tarquliyev

-90 kq.
Tuncay Şamil
Aslan Kotsoyev

+100 kq.
Kənan Nəsibov
Ramazan Əhmədov
Eldar Əliyev