Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəni dayandırıblar. Sport24.az xəbər verir ki, bu gün Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi 90 kq) 1/16 finalda məğlub olublar.

 

Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunub. İndiyədək milli üzvlərindən yalnız Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.