Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci günündə medal qazana bilməyiblər. Sport24.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan millinin 3 üzvü fəxri kürsüdən kənarda qalıb.

 

İbrahim Əliyev (73 kq) birinci, Məhərrəm İmamverdiyev (81 kq) isə ikinci görüşdə uduzub. 81 kq çəki dərəcəsindəki digər təmsilçimiz Ömər Rəcəbli ardıcıl 3 rəqibini üstələsə də, 1/4 finalda və təsəlliverici görüşdə məğlub olub.

 

Qeyd edək ki, Azərbaycanın yarışın ilk günündə mübarizə aparan 8 cüdosundan ikisi fəxri kürsüyə yüksəlib. Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) bürünc medal qazanıblar.