Cüdo üzrə Azərbaycan yığması İspaniyaya yollanır. Sport24.az xəbər verir ki, iyulun 2-də Benidorm şəhərində Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə təlim-məşq toplanışı start götürəcək.

 

Hazırlıq prosesində təkcə Avropa deyil, Asiya və Amerika qitəsindən də yığmaların da iştirakı gözlənilir. Hazırlığın özəlliyi Olimpiada öncəsi sonuncu beynəlxalq toplanış olmasıdır. Benidormdakı təlim-məşq toplanışı iyulun 6-dək davam edəcək.

 

Qeyd edək ki, cüdo millimiz bunadək Xorvatiyanın Poreç şəhərində hazırlıq keçib.