Azərbaycan cüdo tarixində ilk hal yaşanacaq. Sport24.az xəbər verir ki, azərbaycanlı hakim Nazim Umbayev cüdo üzrə Avropa çempionatında ədaləti qoruyacaq.

 

O, Avropa Cüdo Hakimlər Komissiyası etimadını qazanıb. Umbayev aprelin 25-28-də Zaqrebdə keçiriləcək böyüklər arasında cüdo üzrə Avropa çempionatında hakimlik edəcək.

 

Qeyd edək ki, "A" kateqoriyalı beynəlxalq dərəcəli ədalət təmsilçisi Nazim Umbayev Beynəlxalq Cüdo Federasiyasının Dünya Cüdo Turu çərçivəsində keçirilən yarışlarda iştirak edən hakimlər siyahısına daxildir.