Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri bu gün başa çatacaq.

Sport24.az xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin 4 üzvü tatamiyə çıxıb.

Elcan Hacıyev (90 kq), Vüqar Talıbov (90 kq), Uşanqi Kokauri (+100 kq) və Camal Qamzatxanov (+100 kq) yarışıblar.

Kişilər
90 kq

90 kq çəki dərəcələrində Elcan Hacıyevlə Vüqar Talıbov fərqli nəticələr göstəriblər. Vüqar 1/32 finalda slovakiyalı Aleks Bartonu mübarizədən kənarlaşdırsa da, növbəti görüşdə yerli Laşa Bekauriyə uduzub.

Elcan isə ilk mərhələdən azad olub. O, 1/16 finalda Jamal Peterqreyvə (Böyük Britaniya), 1/4 finalda İvan Felipe Silva Moraleşə (Kuba) qalib gəlib. Hacıyev yarımfinal uğrunda Peter Jilka ilə qarşılaşıb və qələbə qazanıb. O, yarımfinalda Juyeop Handan güclü olub. Hacıyev qızıl uğrunda görüşdə Vüqar Talıbovı mübarizədən kənarlaşdıran Laşa Bakeuri ilə üz-üzə gələcək.

+100 kq
Uşanqi Kokauri "Böyük Dəbilqə"də finala yüksəlib. O, Marvin Qadau (Monako), Utkirbek Turoboyev (Özbəkistan) və Saba İnaneşvilini (Gürcüstan) mübarizədən kənarlaşdırıb. O, yarımfinalda kubalı Endi Qrandadan güclü olub. Uşanqi finalda yerli idmançı Quram Tuşuşvili ilə yarışacaq.

+100 kq çəki dərəcəsində yarışan digər təmsilçimiz Camal Qamzatxanov ilk görüşdə mübarizəni dayandırıb.

Qeyd edək ki, "Böyük Dəbilqə"nin ilk günündə Azərbaycan millisi 2 medal qazanıb. Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) 3-cü yeri tutublar.