Azərbaycan cüdoçuları Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirini 4 medalla başa vurublar. Sport24.az xəbər verir ki, yarışın son günündə millinin daha 2 üzvü fəxri kürsüyə yüksəlib.

 

Elcan Hacıyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıblar.

 

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) üçüncü olublar. Azərbaycanı "Böyük Dəbilqə" turnirində 9 çəki dərəcəsində 11 kişi, 4 qadın cüdoçu təmsil edib.