Parisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir. Sport24.az  xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 4 üzvü tatamı üzərinə çıxıb.

 

İdmançılarımız iki çəkidə mübarizə aparıblar. 73 kq və 81 kq çəkilərin hərəsində iki təmsilçimiz mükafatlar uğrunda yarışıb.

 

Ən uğurlu nəticəyə Zelim Tçkayev imza atıb. Finaladək irəliyəyən yığmamızın üzvü gümüş medal qazanıb.