Türkiyənin Antalya şəhərində cüdo üzrə "Böyük Dəbilqə" davam edir. Sport24.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 3 cüdoçusu tatamiyə çıxıb.

 

Onlardan Rəşid Məmmədəliyev finaladək irəliləyib və komandamızın aktivinə ilk medalı yazdırıb.

 

Məmmədəliyev qızıl medal döyüşündə moldovalı Adil Osmanovla güləşib. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə yekunlaşıb. Cüdoçumuz gümüş medala yiyələnib.

 

Qeyd edək ki, cüdoçularımızdan ilk gündə Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) medal qazana bilməyib. Yığmamız yarışa 9 idmançı ilə yollanıb.