Cüdo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvləri Macarıstanda təlim-məşq toplanışına başlayıb.

Sport24.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkiltaçılığı ilə Macarıstanın Tata şəhərində keçirilən hazırlıq prosesi aprelin 17-nə qədər davam edəcək.

Yüksək səviyyədə təşkil olunan olimpiya təlim-məşq toplanışında Azərbaycanın qadınlardan ibarət millisinin üzvləri də iştirak edir. İdmançılar müntəzəm məşqlər nəticəsində taktiki və texniki bacarıqları mənimsəməklə, hazırlıq səviyyələrini təkmilləşdirəcəklər.