Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə milli komandası 20-25 aprel aralığında Türkiyənin Antalya şəhərində keçiriləcək qran-pridə iştirak edəcək.

Sport24.az xəbər verir ki, komandamızın üzvləri bu gün Türkiyəyə yola düşüblər.

Millimiz qran-pridə 10-u kişi, 5-i qadın olmaqla ümumilikdə 15 idmançı ilə təmsil olunacaq.

Aprelin 20-dən 22-dək idmançılar üçün beynəlxalq həkimlərin iştirakı ilə göz tibbi təsnifatı keçiriləcək, yarışlar isə 23-25 apreldə baş tutacaq.