Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan idmanşısı Ramilə Əliyeva gümüş medala yiyələnib.

Sport24.az xəbər verir ki, mötəbər yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın cüdoçumuz polşalı Paulina Zlaşta və portuqaliyalı Raquel Britoya qalib gələrək yarımfinala yüksəlib.

Təmsilçimiz bu mərhələdə ispaniyalı Mireia Lapertanı məğlub edərək finala vəsiqə qazansa da, həlledici mərhələdə Serbiya cüdoçusu Andreya Stojadinova məğlub olub və ikinci yeri tutub.

Noyabrın 7-dək davam edəcək qitə çempionatında 38 ölkədən 300-ə yaxın cüdoçu mübarizə aparır. Azərbaycan komandası nüfuzlu yarışda 8 idmançı ilə təmsil olunur.