Azərbaycan növbəti dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna ev sahibliyi edəcək. Sport24.az xəbər verir ki, Avropa Cüdo Birliyinin rəsmi təqviminə daxil olan yarış mayın 4-5-də yenidən Göygöldə baş tutacaq.

 

Qeyd edək ki, Avropa Kuboku bitdikdən sonra iştirakçı ölkələrin idmançılarının iştirakı ilə mayın 6-8-də beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək.