Bu gün Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürür. Sport24.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 9 idmançısı medallar uğrunda mübarizə aparacaq.

 

Qadınlar arasında Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq) və Aytac Qardaşxanlı (63 kq) tatamiyə çıxacaqlar.

 

Kişilər arasında isə Hüseyn Allahyarov, Murad Muradlı (hər ikisi 60 kq), Rüfət Şövlətov və Əbil Yusubov (hər ikisi 73 kq) güclərini sınayacaqlar.

 

Qeyd edək ki, noyabrın 17-dək davam edəcək yarışda Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.