Bakının Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Beynəlxalq Boks Assosiasiyasının (AİBA) prezidenti seçilə bilməyib. Sport24.az xəbər verir ki, onlayn-formatda keçirilmiş seçkidə Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyov qalib gəlib. O, 57,3 faiz səs toplayıb. Hollandiyalı Boris van der Vorst (30 faiz) ikinci, AİBA prezidenti səlahiyyətlərini icra edən mərakeşli Məhəmməd Mustasan (12,67 faiz) üçüncü yeri tutub.  

Mikayılov və Anas əl-Otaiba (BƏƏ) səs toplaya bilməyib. Dominqo Solano (Dominikan Respublikası) və Rami əl-Məsri (Almaniya) isə namizədliklərini geri götürüb.

Qeyd edək ki, Kremlyovun 38 yaşı var. O, Rusiya Boks Federasiyasının baş katibi vəzifəsinə 2017-ci ildə seçilib. Kremlyov həmçinin Avropa Boks Konfederasiyasının 1-ci vitse-prezidentidir.