Məşhur britaniyalı boksçu Amir Xan dopinq qəbul etdiyinə görə iki illik diskavalifikasiya olunub. Sport24.az xəbər verir ku, bu barədə Böyük Britaniya Antidopinq Agentliyi məlumat yayıb.
Bəyanatda deyilir ki, 2022-ci ilin fevralın 19-da Kell Brukla görüşdən əvvəl əslən pakistanlı olan boksçudan sidik analizi götürülüb. Nəticədə onun orqanizmində qadağan olunmuş ostarin maddəsi aşkarlanıb.
Xan ittihamlarla razılaşıb. Amma britaniyalı boksçu bu maddənin təsadüfən orqanizminəv düşdüyünü söyləyib. Onun cəza müddəti 2024-cü ilin aprelin 5-də başa çatacaq.
Xatıradaq ki, 36 yaşlı Amir Xan bu günə qədər keçirdiyi görüşlərin 34-də qalib gəlib ki, bunların da 21-i nokautla yekunlaşıb. O, 5 dəfə məğlub olub.