Avqustun 26-da Rusiyanın Çita şəhərində gənc boksçular arasında beynəlxalq turnir start götürəcək. Sport24.az xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

 

Yarışda baş məşqçi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (54 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 57 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) mübarizə aparacaq.

 

Artıq səfərə yollanan yığmamız avqustun 31-də Vətənə qayıdacaq.