Polşada Feliks Stammın xatirəsinə həsr olunan boks üzrə beynəlxalq turnir başa çatdı. Sport24.az xəbər verir ki, yarışda millimizin hər 2 idmançısı çıxışını medalla bitirib.

 

Boksçularımızdan Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) finala kimi irəliləyiblər. Həlledici görüşdə rəqib qalib gəldiyindən yığma üzvləri gümüş medalla kifayətləniblər.