Sentyabrın 24-də “Şağan” Olimpiya Mərkəzində Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi, “MCM Fight Promotion” və “TGA Promotion and Management”in birgə təşkilatçılığı ilə peşəkar boks gecəsi keçiriləcək.
Sport24.az xəbər verir ki, bu gecədə 16 boksçu müxtəlif çəki dərəcələrində öz güclərini sınayacalar. Yarışda yerli boksçulardan savayı əcnəbi boksçular da iştirak edəcəklər.
Gecənin əsas döyüşü azərbaycanlı İsayev Seymur (8-0-0, 6-sı nokaut) ilə oakistanlı Muhammad Bilal (10-2-1, 8 nokaut) arasında UBO-nun (Universal Boxing Organization) yüngül çüki üzrə dünya kəməri uğrunda keçiriləcək (UBO light weight World title).
Xatırladaq ki, UBO-nun dünya kəməri üçün ölkəmizdə ilk dəfə olaraq döyüş təşkil olunur.
Azərbaycanlı boksçu qələbə qazanarsa, UBO-nun dünya kəmərini qazanan ilk Azərbaycanlı olacaq.
Hər kəs yerli idmançılarımıza dəstək olmaq üçün bu peşəkar boks gecəsinə dəvətlidir. Yarışın başlama saatı Bakı vaxtı ilə 19:00 nəzərdə tutulub.