Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir.

Sport24.az xəbər verir ki, 38 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil olunun yarışda bu gün 1/4 final mərhələsinə start verilib.

Baş tutan 20 döyüşün nəticəsinə əsasən, 5 çəki dərəcəsi üzrə yarımfinalçılar bəlli olub.

Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Yığma üzvlərindən Ümid Rüstəmov, Maqsud Xasmetov, Nəbi İsgəndərov, Sərxan Əliyev, Mirşərif Kazımzadə və Eldar Quliyev 1/4 final mərhələsini uğurla adlayıblar.

Bu mərhələnin döyüşlərinə sabah yekun vurulacaq. Görüşlər saat 14:00-da başlayacaq.

Azərbaycan çempionatı
1/4 final mərhələsi

57 kq
Ümid Rüstəmov (DİN İK) – Nadir Əhmədov (“Qızıl əlcək” İK) – 5:0
Hüseyn Əliyev (“Səbail” İK) – Rasim İbrahimov – ikinci diskvalifikasiya olunub
Maqsud Xasmetov (“Neftçi” İK) – Vüsal Kazımov (“Sərhədçi”) – 5:0
Rüfət Qənizadə (Sabirabad) – Əzrək Bəbirov (BFL) – birinci döyüşə gəlməyib

67 kq
Nəbi İsgəndərov (“Neftçi” İK) – Kənan Qasımlı (“Sərhədçi”) – 5:0
Fariz Süleymanov (DGK İK) – İbrahim Hüseynov (Abşeron) – 5:0
İlqar Salahov (DGK İK) – Pərvin Heydərov (“Qızıl əlcək” İK) – 3:2
Şəmsi Şahbazov (MOİK) – Pərviz Quliyev (Ağcabədi) – ikinci döyüşə gəlməyib

71 kq
Nofər Əlizadə (Naxçıvan MR) – Sərxan Əliyev (MOİK) – 0:5
Səməd Həsənzadə (Sabirabad) – Nicat Qurbanov (Gəncə) – 0:5
Rəşid Həsənov (BFL) – Hüseyn Mustafazadə (“Naxçıvan” İK) – 5:0
Tural Qaraşov (“Neftçi” İK) – Niyaməddin Allahverdiyev (“Zabit” İK) – 0:5

75 kq
Mirşərif Kazımzadə (“Neftçi” İK) – Ənvər Babayev (UGİM-1) – ikinci döyüşə gəlməyib
İsmayıl Hüseynov (BFL) – Böyükağa Qasımov (“Qara papaq” İK) – ikinci döyüşə gəlməyib
Türkeş Mustafayev (BFL) – Səbuhi Abışov (MOİK) – 0:5
Rahim Əliyev (“Qızıl əlcək” İK) – Amin Kuşkov (DGK İK) – birinci döyüşə gəlməyib

86 kq
Surət Qarayev (“Neftçi” İK) – Çələbi Çələbili (Ağdaş) – birinci tam üstünlüklə qalib gəlib
İbrahim İsmayılov (Z-1) – Emin Kərimli (Biləsuvar) – birinci tam üstünlüklə qalib gəlib
Eldar Quliyev (“Neftçi” İK) – Vaqif Bəşirov (Şirvan) – ikinci döyüşə gəlməyib
Tural Useynov (“Səbail” İK) – Məhəmməd Yusifov (Balakən) – 4:1