Boks üzrə gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək. Sport24.az xəbər verir ki, turnirə fevralın 11-də start veriləcək.

11-17 fevral tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarış federasiyanın idman zalında baş tutacaq.

Pandemiya səbəbilə yarış tamaşaçısız keçiriləcək.