Amerikalı boksçu Kevin Conson Rusiya prezidenti Vladimir Putinlə şahmat oynamaq istədiyini söyləyib. Sport24.az xəbər verir ki  o, bunu ən böyük arzularından biri kimi qələmə verib: “Rusiyalı boksçu Aleksandr Povetkinlə şahmat oynamışam. Bu, mənim üçün yeni təcrübə deyil. Şahmat oynamağı sevirəm. Ən böyük arzum isə Vladimir Putinlə şahmat oynamaqdı. Putin mənim üçün dünyanın ən hörmətəlayiq insanıdı. Bu, mənim üçün ən böyük şərəf olardı.".

Conson qalib gəlmək şanslarını belə dəyərləndirib: "Bəlkə də, o məni şahmatda məğlub edərdi. Çünki o qədər də yaxşı oynamıram. Amma istənilən halda, oynamağı bacarıram”.