Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) adı dəyişdirilib. Sport24.az xəbər verir ki, bu barədə qərarı qurumun onlayn şəkildə təşkil olunan Növbədənkənar Konqresi qəbul edib.

Uzun illər AİBA kimi fəaliyyət göstərən təşkilat bundan sonra İBA (Beynəlxalq Boks Assosiasiyası) kimi tanınacaq. Qərar səsvermədə yekdilliklə qəbul olunub. Həmçin qurumun Növbəti Konqreslərinin hər il təşkil edilməsi qərara alınıb.

İBA həmçinin üç ölkənin üzvlüyünü müvəqqəti dayandırıb. Bunlar Sent-Vinsent və Qrenadin, Vanuatu, Sent-Kitts və Nevisdir.