"Zirə"nin futbolçusu Sərtan Taşkın üçün mövsüm erkən başa çatıb. Klubdan Sport24.az-a verilən məlumata görə, əzələsi dartılan 24 yaşlı sağ cinah müdafiəçisinin zədəsi ciddidi.
Milimizin də üzvü olan Taşkının "Qarabağ"la yalnız sabahkı səfər matçında, ümumiyyətlə, cari çempionatın sonuna qədər meydana çıxa bilməyəcəyi bəlli olub. Sərtan Kubokda mübarizəni dayandıran "Zirə"yə keçən yay keçib.
Xatırladaq ki, "Zirə"nin qış transferi olan, məşqdə ciddi zədlənən braziliyalı hücumçu Filipe Paxtman üçün mövsümün erkən bitməsi hələ fevralda bilinmişdi.