Misli Premyer Liqasında X turun oyunları davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

 

Günün ilk görüşü Şamaxıda keçiriləcək. "Karvan-Yevlax" "Zirə"ni qonaq edir. Aktivində 16 xal olan "qartallar" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıbsa, nominal meydan sahibləri 5 xalla 11-ci yerdədir. Görüşün favoritinin Rəşad Sadıqovun komandasının olduğunu heç kimdə şübhə doğurmur. Yevlax klubu bu matçdan 1 xalla ayrılsa belə, bunu Azər Həşimovun baş məşqçisi kollektivin uğuru kimi qəbul etmək olar.

 

Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" "İmişli"ni 2:0 hesabı ilə mğlub edib. 

 

Misli Premyer Liqası

I dövrə, X tur

14:00. "Karvan-Yevlax" - "Zirə"

Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Əmrah İbrahimov 
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı. Şəhər stadionu.