"Real"ın oyunçusu Vinisius Junior və baş məşqçi Xabi Alonso münasibətlərini yoluna qoymağı və son münaqişəni həll etməyi bacarıblar. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, braziliyalı və ispaniyalı mütəxəssis oktyabrın 29-da "dostluq görüşü" keçiriblər və bu görüşdə gərginliyi azaltmağa və fikir ayrılıqlarını həll etməyə kömək edən "səmimi və konstruktiv söhbət" aparıblar.

 

Qeyd edək ki, oktyabrın 26-da baş tutan "Barselona" ilə matçda Alonso 72-ci dəqiqədə Vinisiusu əvəz edib və bu, oyunçunun kəskin reaksiyasına səbəb olub. Braziliyalı meydanı tərk edərkən məşqçinin qərarına emosional reaksiya verib, niyə əvəz olunduğunu soruşub və söyüş söyüb. Daha sonra oyunçunun klubdan getmək istədiyi barədə şayiələr yayılıb.