"Real"ın hücumçusu Kilian Mbappe La Liqada oktyabr ayının ən yaxşı oyunçusu seçilib. Sport24.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı fransalı oyunçu oktyabrda üç oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Forvard həmçinin sentyabrda da La Liqanın ən yaxşı oyunçusu seçilib. Həmin ay o, dörd oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Mbappe 2024-cü ildən "Real"ın formasını geyinir. O, "Kral klubu"nun heyətində bütün turnirlərdə 72 oyuna çıxıb, 60 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun İspaniya klubu ilə müqaviləsi 2029-cu ilin yayında başa çatır.