Misli Premyer Liqasının X turunun ikinci oyun gününə paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "Kəpəz"i qonaq edir.

 

Bu gün keçiriləcək görüş milli çempionatlar tarixində komandalar arasında 64-cü oyun olacaq. Meydan sahibləri bu gün qələbə qazanacağı təqdirdə turnir cədvəlində ən azı bir pillə irəliləyə biləcək. "İmişli" dünən məğlub olduğundan "ağ-qaralar"ın 7-ci pilləyə yüksəlməsi üçün əlinə yaxşı fürsət düşüb. Sabah baş tutacaq digər matçların nəticəsindən asılı olaraq Samir Abasovun komandası daha da üst pillədə qərarlaşa bilər.

 

"Kəpəz" isə autsayder statusundan qurtulmağın yollarını axtarır.

 

Qeyd edək ki, turun digər iki oyunu - "Sumqayıt" - "Araz-Naxçıvan", "Turan Tovuz" - "Şamaxı" matçı sabah, "Sabah" - Qəbələ" görüşü isə bazar ertəsi keçiriləcək.

 

Misli Premyer liqası

I dövrə, X tur

17:00. "Neftçi" - "Kəpəz"

Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. "Palms Sports Arena".