"Neftçi" Misli Premyer Liqasının 10-cu turunda qarşılaşacağı "Kəpəz" klubu ilə matçın hazırlığını başa vurub. Sport24.az xəbər verir ki, komandanın üzvləri bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Qeyd edək ki, noyabrın 1-də "Palms Sports Arena"da keçiriləcək "Neftçi" – "Kəpəz" oyunu saat 17:00-da başlanacaq.