Bu gün keçiriləcək bir oyunla Misli Premyer liqasında X tura start veriləcək. Sport24.az xəbər verir ki, "Qarabağ" "doğma divarlar" arasında "İmişli"ni qonaq edəcək.

 

əslində bu oyun "pələnglər"in ev oyunlarını keçirdiyi Qubada olmalıydı. Ancaq ağdamlıların müraciəti əsasında Suraxanıda baş tutacaq. 

 

Hazırda aktivində 17 xal olan "Qarabağ" 2-ci, "İmişli" isə 12 xalla 7-ci pillədə qərarlaşıb. Heç şübhəsiz ki, kağız üzərində oyunun favoroti Qurban Qurbanovun komandasıdır. Buna baxmayaraq, "İmişli"nin də asan təslim olacağını söyləmək olmaz. Bölgə təmsilçisi əvvəlki turlarda "bərk qoz" olduğunu sübut edib.

 

Qeyd edək ki, matçın start fiti saat 17:00-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, X tur

17:00. "Qarabağ" - "İmişli"

Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Rüfət Əmirov.