“Zirə” belçikalı futbolçusu Loris Broqno ilə yollarını ayırıb.

Sport24.az xəbər verir ki, bu barədə 31 yaşlı hücumçu “İnstagram” səhifəsi vasitəsilə paylaşım edib.

O, başa çatan müqaviləsinin yenilənməyəcəyini bildirib: “Azərbaycanda keçirdiyim iki ilə görə “Zirə” klubuna təşəkkür edirəm. İndi yeni macəra vaxtıdır”.

Xatırladaq ki, Broqno “Zirə”yə 2021-ci ilin yayında Belçikanın “Beerşot” klubundan keçmişdi.