Bu gün Premyer Liqamızda yeni mövsümün açılış matıçının iştirakçısı olacaq "Zirə" millimizin də üzvü olan Cəlal Hüseynovu icarəyə verib. Sport24.az xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisi bu əsasla "Şamaxı"da çıxış edəcək. 

Anlaşmanın müdafiəti 1 illikdi.

"Şamaxı" legionerlərsiz oynayaraq, heyətinə əsasən gənc futbolçuları cəlb edir ki, Hüseynov bu məqsədlə dəvət olunub. "Zirə" isə bu arada beninli müdafiəçi transfer edərək, Cəlalı oyun praktikası qazanması üçün icarəyə verməyi daha məqsədəuyğun sayıb. 

Xatırladaq ki, Hüseynov Konfrans Liqasında Təl-Əviv "Makkabi"siylə matçlarda start heyətindən kənarda qalmış, yalnız səfər görüşün 80-ci dəqiqəsində meydana buraxılmışdı.