"Zirə" 5 futbolçu ilə müqavilə müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Qəsəbə təmsilçisi Eren Aydınla 3, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanovla 2 illik yeni müqavilə imzalayıb.

 

Həmçinin 2025/2026 mövsümünün əvvəlində 1+1 illik müqavilə imzalanan Enrike Kustodionun anlaşmasındakı bir illik yeni müqavilə bəndi qüvvəyə minib.