"Sumqayıt" klubu yeni mövsüm öncəsi qapıçı mövqeyini gücləndirməyi planlaşdırır. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "kimyaçılar" heyətinə əcnəbi qapıçı cəlb etmək üçün axtarışlarını davam etdirir.
Klub rəhbərliyi bu mövqeyə əsas namizəd kimi legioner qolkiper transfer etməyi nəzərdə tutur.
Məlumata əsasən, hazırda komandada çıxış edən Xəyal Fərzullayevin yeni mövsümdə ikinci qapıçı funksiyasını yerinə yetirməsi planlaşdırılır.
Mehdi Cənnətovun gələcəyinə gəlincə, onun komandada qalıb-qalmayacağı hələ dəqiq deyil. Bildirilir ki, klub rəhbərliyi təcrübəli qolkiperə hazırkı maaşından xeyli aşağı məbləğlə yeni müqavilə təklif edib.
Əgər Cənnətov bu şərtlərlə razılaşsa, komandada üçüncü qapıçı kimi qalacaq. Əks halda, tərəflər arasında yolların ayrılması gözlənilir.