Bu gün futbol üzrə dünya çempionatı start götürür. Sport24.az xəbər verir ki, mundial tarixində ilk dəfə 48 komanda çempion adı uğrunda mübarizə aparacaq. 

 

Meksikanın paytaxtı Mexikoda keçiriləcək açılış matçında Meksika millisi "Estadio Azteca" stadionunda Cənubi Afrika ilə qarşılaşacaq. Turnirin ilk oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 

 

2026-cı il dünya çempionatı 16 şəhərdə - ABŞ, Meksika və Kanadada - 16 stadionda baş tutacaq. 

 

Qeyd edək ki, 48 komanda 12 qrupa bölünüb:

 

A qrupu: Meksika, Cənubi Afrika, Cənubi Koreya, Çexiya
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə
E qrupu: Almaniya, Kyurasao, Fil Dişi Sahili, Ekvador
F qrupu: Hollandiya, Yaponiya, Tunis, İsveç
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya
H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay
I qrupu: Fransa, Seneqal, Norveç, İraq
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama

 

Qrup mərhələsi 27 iyun tarixinə qədər davam edir. Hər qrupdan ilk iki yeri tutan komanda, qruplarında üçüncü yeri tutan səkkiz ən yaxşı komanda ilə birlikdə pley-offa yüksələcək. 1/32 final mərhələsi 28 iyun - 3 iyul, 1/8 final mərhələsi 4 iyul - 7 iyul, dörddəbir final mərhələsi 9 iyul - 11 iyul, yarımfinal mərhələsi isə 14 iyul - 15 iyul tarixlərində keçiriləcək. Üçüncü yer uğrunda matç 18 iyulda Mayami Qardensdə, final isə 19 iyulda İst Rezerfordda keçiriləcək.