"Komo"nun hücumçusu Alvaro Morata Madrid "Atletiko"sundan ayrılmağı karyerasının ən böyük səhvi hesab etdiyini bildirib. Sport24.az xəbər verir ki, ispaniyalı hücumçu bu barədə "Marca"ya açıqlamasında bildirib:

 

"Atletiko"dan ayrılmaq qərarı mənim ən böyük səhvim idi. Qazandığım bütün titulları "Atletiko" ilə qazana biləcəyim bir titutla dəyişərdim. Bu, mənim sevdiyim klubdur və orada çox xoşbəxt idim".

 

Morata 2024-cü ildə "Atletiko"dan "Milan"a keçib. O, Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 154 oyunda 58 qol vurub və 14 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, hücumçu karyerası ərzində "Atletiko", "Komo" və "Milan"dan əlavə, "Yuventus", "Çelsi" və "Qalatasaray"ın formasını geyinib.