"Fulhem" ispan məşqçisi Alvaro Arbeloa ilə danışıqlar aparıb. Sport24.az xəbər verir ki, bu barədə jurnalist David Ornstein "X" sosial media platformasında paylaşım edib.

 

İngilis klubu Marko Silvanın gedişindən sonra yeni baş məşqçi axtarır. "Real"dan ayrıldıqdan sonra komandasız qalan 43 yaşlı ispaniyalı mütəxəssis isə təkliflərə açıqdır və İngiltərədə işləmək imkanlarını araşdırır.

 

Arbeloa bu ilin yanvarında "Real"ın "sükanı arxasına" keçib. "Kral klubu" 86 xalla mövsümü ikinci pillədə başa vurub. Komanda Arbeloanın rəhbərliyi altında 28 oyun keçirib: 18 qələbə, 2 heç-heçə və 8 məğlubiyyət.

 

Qeyd edək ki, "Fulham" 2025/26 mövsümünü 52 xalla 11-ci yerdə başa vurub. Bu ayın əvvəlində London klubu Marko Silva ilə yolları ayırıb.