"Kəpəz"in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi serbiyalı mütəxəssis Zoran Vasilyeviçlə razılıq əldə edib.
Mənbənin bildirdiyinə əsasən, tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və əməkdaşlığın bütün detalları razılaşdırılıb. Klubun bu gün təyinatla bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.
54 yaşlı çalışdırıcı son olaraq Serbiyanın İTM komandasına rəhbərlik edib. Təcrübəli mütəxəssisin yaxın vaxtlarda Azərbaycana gələrək yeni vəzifəsinin icrasına başlaması gözlənilir.
Qeyd edək ki, "Kəpəz" ötən ay baş məşqçi Azər Bağırovla yollarını ayırdıqdan sonra yeni çalışdırıcı axtarışına başlamışdı.