Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda keçiriləcək "Sozopol Cup" turnirində iştirak edəcək. Sport24.az xəbər verir ki, 13-18 iyun tarixlərində Tsarevo şəhərində baş tutacaq turnirdə 12 komanda mübarizə aparacaq.

 

Təmsilçimiz C qrupunda "Levski" (Sofiya), "Botev" (Plovdiv) və "Etar"la (Veliko Tarnovo) üz-üzə gələcək.

 

Qrup qalibləri və ikinci yeri tutan komandalardan ən yaxşı göstəriciyə sahib kollektiv yarımfinala vəsiqə qazanacaq.

 

"Sozopol Cup"

 

C qrupu

 

14 iyun "Etar" – "Qarabağ"

 

15 iyun "Qarabağ" – "Botev"

 

16 iyun "Qarabağ" – "Levski"