Premyer Liqa təmsilçisi "Lids" tarixinin ən bahalı transferini reallaşdıra bilər. Sport24.az "Mirror"a istinadən xəbər verir ki, İngiltərə klubu Portuqaliyanın "Sportinq" komandasında çıxış edən Usman Diomandeni heyətinə qatmaq istəyir.

 

​Mənbənin sözlərinə görə, "Lids" 22 yaşlı futbolçu üçün Portuqaliya klubuna 35 milyon funt-sterlinq və əlavə bonuslar şəklində daha 8 milyon funt ödəməyə hazırdır. Bu keçid ümumilikdə 43 milyon funt-sterlinqə başa gələ bilər ki, bu da "Lids" tarixinin ən baha transferi kimi qeydə alınacaq.

Qeyd edək ki, Usman Diomande 2023-cü ildə Danimarkanın "Midtyulland" klubundan "Sportinq"ə transfer olunub. İstedadlı oyunçu Lissabon təmsilçisi ilə müqaviləsinin müddətini bu ilin yanvarında uzadıb.